Komitə sədri: “Qarabağ və Şərqi Zəngəzurda 12 şəhərin baş planı hazırlanıb”

DogruSozTv Az
Oxunma vaxtı:41 Saniyə

Bu gün Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa işləri həyata keçirir və həmin ərazilərdə 12 şəhərin baş planı hazırlanıb.

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, onlardan 8-i artıq müasir şəhərsalma və ekoloji prinsiplərlə tamamlanıb, 90 kənd və qəsəbə planlaşdırılıb: “İndiyədək 28 yaşayış məntəqəsinə, o cümlədən 6 şəhərə keçmiş məcburi köçkünlər geri qayıdıb. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, işləyir və təhsil alır”.

A.Quliyev qeyd edib ki, son 4 ildə üç beynəlxalq hava limanı, 4 min kilometr yol və avtomagistral, yeni dəmir yolu infrastrukturu, yaşayış binaları, səhiyyə müəssisələri və təhsil ocaqları inşa olunub: “Azad edilmiş ərazilərin böyük bərpa olunan enerji potensialı var və bu ərazilər rəsmi olaraq “Yaşıl Enerji Zonası” elan edilib”.

Loading

Next Post

Bakıda 15 istiqamətdə tıxac var - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: