Sumqayıtda qazın verilişində fasilə olacaq

Oxunma vaxtı:21 Saniyə

Sumqayıt şəhərinin 18-ci məhəlləsində yerləşən 34 nömrəli balansda cari təmir işlərinin aparılması ilə əlaqədar olaraq 600 abonentin qaz təchizatı dayandırılacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən “Report”un yerli bürosuna verilən məlumata görə, qazın verilişi bu gün saat 12:00-dan etibarən müvəqqəti olaraq kəsiləcək.

Təmir işlərinin tamamlanmasının ardından qaz təchizatı bərpa ediləcək.

İstehsalat Birliyi sakinlərə anlayış göstərdiklərinə görə təşəkkür edib.

Loading

Next Post

Almaniya vətəndaşlarını İranı tərk etməyə çağırıb

Almaniya vətəndaşlarını İrana səyahət etməməyə və İranda olan almaniyalıları isə ölkəni tərk etməyə çağırıb. Buna səbəb İrana qarşı sanksiyaların bərpası prosesinin başlaması səbəbindən Tehranın mümkün cavab tədbirləri görmə ehtimalıdır. Qeyd edək ki, “Avropa üçlüyü” (Böyük Britaniya, Almaniya və Fransa) avqustun 28-də İrana qarşı sanksiyaların bərpası mexanizminin (snapback mexanizmi) fəallaşdırılması prosesinə […]