Avropada təbii qazın qiyməti artıb

Oxunma vaxtı:25 Saniyə

Avropada təbii qazın birja qiymətləri cümə axşamı səhər saatlarında təxminən 1 % artıb.

Bu, ICE London birjasının məlumatlarından bəlli olub.

TTF indeksi (Avropanın Nidelandda yerləşən ən böyük habı) üzrə sentyabr fyuçersləri 1 000 kubmetr üçün 386,9 ABŞ dolları (+0,7 %) səviyyəsində ticarətə başlayıb. Daha sonra qiymət 1 000 kubmetr üçün 389,2 ABŞ dolları (+1,3 %) təşkil edib. Kotirovkaların dinamikası əvvəlki ticarət gününün hesablaşma qiymətinə (1 000 kubmetr üçün 384,3 ABŞ dolları) əsaslanır.

Çərşənbə günü Avropada təbii qazın birja qiyməti təxminən 3 % artıb.

Loading

Next Post

Qazaxda köhnə xalça sexinin ərazisində yanğın olub

Qazax rayonu, Heydər Əliyev küçəsində köhnə xalça sexinin ərazisində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində […]