Azərbaycanda ilk dəfə vergi ombudsmanı təyin edildi

Oxunma vaxtı:24 Saniyə

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) yeni təyinat olub.

Arif Quliyev DVX-də yeni yaradılan vergi ombudsmanı xidməti baş idarəsinə ilk dəfə rəis təyin edilib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində vergi ombudsmanı xidməti baş idarəsi ötən ilin sonu yaradılıb.

Məlumata görə, baş idarənin yaradılmasında əsas hədəf vergi orqanlarında vergi ödəyicilərinin hüquqların qorunması üçün preventiv tədbirlərin görülməsi və bu sahədə səmərəliliyin artırılmasıdır. Bu strukturun yaradılması sahibkarların qarşılaşdığı məsələlərin həllində onlara əlavə dəstək verilməsi məqsədi daşıyır. (APA)

Loading

Next Post

Ermənistanın mina terroru davam edir, beynəlxalq ictimaiyyət "ağzına su alıb oturur" - ŞƏRH

Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına, Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin edilməsinə mane olan bir neçə məqam var. Bunlardan biri də vaxtilə işğal altında olan ərazilərdə basdırılmış minalardır. Ermənistanla Azərbaycan arasında müharibənin bitməsinə, tarixi ədalətin bərpasına və sülh perspektivinin gündəlikdə olmasına baxmayaraq, qarşı tərəfin mina terroru davam edir. […]