Avqustun 1-nə olan hava proqnozu açıqlanıb

Oxunma vaxtı:33 Saniyə

Bakıda və Abşeron yarımadasında avqustun 1-də hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27° isti, gündüz 34-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-50 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, gecə və səhər duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-39° isti, bəzi yerlərdə 41°-dək isti, dağlarda gecə 15-20° isti, gündüz 28-33° isti olacaq.

Loading

Next Post

Hesablama Palatası: ARDNF-in valyuta bölgüsündə tarazlaşdırma aparılmayıb

2024-cü ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində valyutalar üzrə bölgüdə müəyyən kənarlaşmalar qeydə alınıb. Bu barədə Hesablama Palatasının ARDNF-in 2024-cü il büdcəsinin icrasına dair rəyində qeyd olunub. Sənəddə deyilir ki, Fondun investisiya portfelində valyutalar üzrə bölgüdə 2024-cü il üçün təsdiq edilmiş İnvestisiya Siyasətinin tələblərindən müəyyən kənarlaşmalar müşahidə edilsə […]