Hesablama Palatası: ARDNF-in valyuta bölgüsündə tarazlaşdırma aparılmayıb

Oxunma vaxtı:57 Saniyə

2024-cü ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində valyutalar üzrə bölgüdə müəyyən kənarlaşmalar qeydə alınıb.

Bu barədə Hesablama Palatasının ARDNF-in 2024-cü il büdcəsinin icrasına dair rəyində qeyd olunub.

Sənəddə deyilir ki, Fondun investisiya portfelində valyutalar üzrə bölgüdə 2024-cü il üçün təsdiq edilmiş İnvestisiya Siyasətinin tələblərindən müəyyən kənarlaşmalar müşahidə edilsə də, “Dövlət Neft Fondunun investisiya portfelinin aktivlər və valyutalar üzrə bölgüləri nisbətinin tarazlaşdırılması prosedurları barədə Təlimat”ın 4.3-cü bəndinə əsasən, 2025-ci il üzrə İnvestisiya Siyasətində nəzərdə tutulmuş dəyişikliklər kontekstində valyutalar üzrə bölgünün tarazlaşdırılması prosedurları həyata keçirilməyib.

2024-cü ilin sonuna ARDNF-nin investisiya portfelində ən böyük pay ABŞ dollarının payına düşüb və bu göstərici 45,9 % təşkil edib.

Halbuki, 2023-cü ildə bu rəqəm 55,5 % olub. Avronun portfeldəki payı ötən il 21,2 % olduğu halda, 2024-cü ildə cüzi azalaraq 21,1 %-ə düşüb. İngilis funt sterlinqinin xüsusi çəkisi isə 5,3 %-dən 4,9 %-ə dəyişib.

Bununla yanaşı, qızılın portfeldəki çəkisində əhəmiyyətli artım qeydə alınıb, 2023-cü ildə 12 % olan bu göstərici 2024-cü ildə 20,6 %-ə yüksəlib. Digər valyutaların ümumi çəkisi də 6 %-dən 7,5 %-ə qədər artıb.

Loading

Next Post

QHT-lərin göstərdiyi xidmət və işlərə dair yeni tələblər təsdiqlənib

Qeyri-hökumət təşkilatları tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsinə dair mövcud tələblər təkmilləşdirilib. Bununla bağlı Prezident İlham Əliyev “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” haqqında qanunlara dəyişikliyi təsdiq edib. Sənədə əsasən, hazırki tələblərə uyğun olaraq qeyri-hökumət […]