Musiqi məktəblərinə qəbul imtahanlarının nəticələri elan olunub

Oxunma vaxtı:25 Saniyə

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə 2025/2026-cı tədris ili üzrə I və VIII siniflərə qəbul imtahanlarının nəticələri elan olunub.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, namizədlər nəticələrlə “exam.culture.az” portalı vasitəsilə tanış ola bilərlər. İmtahan nəticəsindən narazı olan namizədlər 16-18 iyul tarixlərində “MyCulture” vahid şəxsi kabineti vasitəsilə apellyasiya müraciəti edə bilərlər. Müraciətlərə 10 iş günü ərzində baxılacaq.

Qeyd edək ki, məktəb və ixtisas seçimi apellyasiya prosesi yekunlaşdıqdan sonra “MyCulture” şəxsi kabineti üzərindən aparılacaq.

Loading

Next Post

Mingəçevir və Zaqatalaya yeni prokurorlar təyin edilib

Mingəçevir və Zaqatalaya yeni prokuror təyin edilib. Bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, baş ədliyyə müşaviri (polkovnik) Pərvin Quliyev Mingəçevir şəhərinə yeni prokuror təyin olunub. O, bundan əvvəl Bakı şəhər prokurorluğunda Daxili işlər orqanlarına nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb. Baş Prokurorun digər əmri ilə Mingəçevirin sabiq […]