Mingəçevir və Zaqatalaya yeni prokurorlar təyin edilib

Oxunma vaxtı:18 Saniyə

Mingəçevir və Zaqatalaya yeni prokuror təyin edilib.

Bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, baş ədliyyə müşaviri (polkovnik) Pərvin Quliyev Mingəçevir şəhərinə yeni prokuror təyin olunub. O, bundan əvvəl Bakı şəhər prokurorluğunda Daxili işlər orqanlarına nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.

Baş Prokurorun digər əmri ilə Mingəçevirin sabiq prokuroru Baş ədliyyə müşaviri (polkovnik) Qabil Səfərov Zaqatalaya prokuror təyin olunub.

Loading

Next Post

Bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ

Azərbaycanda iyulun 16-19-da əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Yağan yağışlar nəticəsində bəzi dağ çaylarında sululuğun artacağı ehtimalı var.