“WhatsApp”ın dizaynı dəyişdi

Oxunma vaxtı:40 Saniyə

“WhatsApp” komandası rəsmi olaraq messencerin əsaslı şəkildə yenidən dizayn olunduğunu elan edib.

Tətbiq yalnız “Android” və “iPhone”da dəyişdirilib.

Messencerin PC versiyası dəyişməz olaraq qalır.

Tətbiqin “iOS” və “Android” versiyaları indi eyni görünür. Əsas ekranın yuxarısındakı axtarış işarəsi əvəzinə süni intellektin inteqrasiya olunduğu axtarış paneli peyda olub. Bu başlıq istifadəçilərə söhbətlərdə mesaj və faylları axtarmağa imkan verir.

“WhatsApp”ın dizaynı dəyişdi

Bundan başqa, dizayna yeni animasiyalar əlavə olunub və “Parametrlər” bölməsindəki nişanlar dəyişib. Proqramın “Android” versiyasında naviqasiya paneli ekranın aşağı hissəsinə köçürülüb. “Android”də isə yeni naviqasiya paneli var. Həmçinin “iOS”da foto, video və sənədlərin göndərilməsi interfeysi dəyişib.

“WhatsApp”ın yeni dizaynını qiymətləndirmək üçün proqramı ən son versiyaya yeniləmək kifayətdir. Əgər yenilənmə yoxdursa, bir az gözləməli olacaqsınız. Çünki yeniləmə tədricən tətbiq edilir.

Bildirilib ki, həmçinin tezliklə “WhatsApp” vasitəsilə internet olmadan da faylları bir-birinə göndərmək mümkün olacaq.

Loading

Next Post

Bəzi qızlar niyə yaşlı kişilərlə evlənmək istəyir? – MARAQLI SƏBƏB

Son zamanlar qızlar arasında yaşlı kişilərlə evlilik məsələsi xeyli aktuallaşıb.  Ən pisi də odur ki, həmyaşıdları ilə ailə qurmağa qızlar pis paxır. Məsələn, müğənni Türkan Vəlizadə qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib ki, 34 yaşı var: “Misal üçün özümdən 1-2 yaş böyük kişi ilə ailə qurmaq istəmərəm. Mən 45-50 yaşlarında […]