Səbail rayonunun qaz təchizatı dayandırılacaq

Oxunma vaxtı:36 Saniyə

Bu gün Bakının Səbail rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 8-ci Mədən qazpaylayıcı məntəqədən (QPM) ayrılan qaz xətlərində təmir işlərinin aparılması məqsədi ilə iyunun 17-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılcaq.

Qaz təchizatı dayandırılan müddətdə Bayıl qəsəbəsinin, A.Məmmədov, L.Babayev, Ə.Nəzmi, Z.Yusifzadə, Xanlar, Q.Abbasov, M.Useynov, E.İsmayılov, V.Muradov, F.Qurbanov, G.Əliyev, A.İsmayılov, Y.Mürsəlov, Y.Bədəlov, Ş.Allahverdiyev və O.Daşdəmirov küçələrinin, həmçinin Salyan yolu, E. Əzizov, Badamdar yolu, 2-ci Salyan döngəsi, Ə. Yaqubov, Buxta, “Jurnalist evi” MMC-nin, 20-ci Sahə, Nasosnu ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Loading

Next Post

Bakıda kişi tanışını bıçaqladı

Bakıda kişi tanışını bıçaqlayıb. Hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Belə ki, 1963-cü il təvəllüdlü Əbdüləli Həsənov mübahisə zamanı üzərində olan bıçaqla tanışı 1979-cu il təvəllüdlü İlkin Ələskərovu bıçaqlayıb. Əbdüləli Həsənov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.