QMİ rəsmisi: Azərbaycanlı zəvvarlar Mədinə hava limanındadır

Oxunma vaxtı:23 Saniyə

Hazırda azərbaycanlı zəvvarlar Mədinə Beynəlxalq Hava Limanındadırlar.

Bu barədə “Report”a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, bu gün yerli vaxtla saat 11:00-12:00 radələrində azərbaycanlı hacılardan ibarət ilk qrup Vətənə yola düşəcək:

“Reyslərdə heç bir dəyişiklik yoxdur. Azərbaycanlı zəvvarlar yerli vaxtla 17:00-18:00 radələrində Bakıya eniş edəcəklər. Mövcud vəziyyətlə əlaqədar heç bir dəyişiklik yoxdur. Hər şey qaydasındadır”.

Loading

Next Post

İran parlamentinin sədri: İsrail heç bir “qırmızı xətt”ə riayət etmir

İran Silahlı Qüvvələri İsraili aciz vəziyyətə salacaq, çünki o, heç bir “qırmızı xətt”ə riayət etmir. Bunu İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf iyunun 16-da ali qanunverici orqanda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, İran Silahlı Qüvvələri düşmənə əsl cəhənnəm yaşadacaq və bütün dünya onun əzablarının şahidi olacaq. M.Qalibaf deyib ki, […]