Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

DogruSozTv Az
Oxunma vaxtı:50 Saniyə

Paytaxtın Moskva prospekti (kənar yol), Rəşid İsmayılov (Biləcəri enişi) və Natəvan küçələrində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət səbəbindən bu gün saat 20:00-dan 2, 7A, 14, 29, 37, 67, 83, 83A, 91, 92, 96, 102, 114A, 114B, 119, 130, 135, 137, 142, 156, 156A, 158, 159, 170, 199, 500, 503, 508, 525A, 525B, 594 və E2 nömrəli marşrutların hərəkət sxemi dəyişdilirir.

Müntəzəm marşrutlar üzrə avtobusların hərəkəti Moskva prospektində yerləşən tuneldən təşkil ediləcək.

Bakı Beynəlxalq Avtovağzal Kompleksi və Biləcəri qəsəbəsinə fəaliyyət göstərən 2, 7A, 14, 29, 37, 67, 83, 83A, 92 və 96 nömrəli marşrutların hərəkəti Bakı-Sumqayıt şosesi, Sulutəpə yol ötürücüsü, Xocəsən dairəsi, Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində təşkil olunacaq.

156, 156A, 158, 170, 525A və 525B nömrəli müntəzəm marşrutların avtobusları “20 Yanvar” dairəsi və Moskva prospekti (tunel) ilə hərəkət edəcək.

91 nömrəli müntəzəm marşrutun fəaliyyəti Rəşid İsmayılov küçəsi, 1-ci döngə, Qabil Süleymanov küçəsi ilə təşkil ediləcək.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Azərbaycanla Ermənistan arasında sülh quruculuğu istiqamətində fəaliyyət davam edir. Bu, Bakı və İrəvan rəsmilərinin açıqlamalarında da müşahidə olunur.Ötən gün Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşündən danışarkən, deyib ki, Bakı və İrəvan arasında sülh prosesinin dərinləşdirilməsi əsas müzakirə mövzusu olub. Onun sözlərinə görə, tərəflər həll […]