Hadrutda İnfrastruktur binası tikiləcək

Oxunma vaxtı:20 Saniyə

Xocavənd rayonunun Hadrut qəsəbəsində infrastruktur binasının tikintisi və çoxmənzilli yaşayış binalarının təmiri nəzərdə tutulur.

Bununla bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti açıq tender elan edib.

Tenderdə iştirak haqqı 1 000 manatdır.

İddiaçılar təkliflərini sentyabrın 18-nə qədər Xidmətə təqdim edə bilərlər. Təkliflərə sentyabrın 18-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.

Layihənin ehtimal olunan qiyməti 4,631 milyon manatdır.

Loading

Next Post

Hakan Fidan üç ölkədən olan həmkarı ilə Rusiya-Ukrayna müharibəsindən danışıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan misirli həmkarı Bedr Abdulati, Böyük Britaniyadan olan həmkarı Devid Limmi və Almaniyanın baş diplomatı Yohann Vadeful ilə telefonla danışıb. Bu barədə “CNN Türk” məlumat yayıb. Qeyd olunub ki, H.Fidan həmkarları ilə Rusiya-Ukrayna müharibəsini və Qəzzada davam edən humanitar böhranı müzakirə edib. Tərəflər Vaşinqton və […]