Azərbaycan lideri: Artıq Şərqi Zəngəzur və Qarabağda 43 min insan yaşayır və çalışır

Oxunma vaxtı:29 Saniyə

Artıq Şərqi Zəngəzur və Qarabağ bölgəsində 43 min insan yaşayır və çalışır.

Bunu Prezident İlham Əliyev Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın qələbəsi geosiyasi vəziyyəti dəyişdi və yeni reallıqlar yaratdı:

“Birgünlük antiterror əməliyyatımız isə suverenliyimizi bərpa etdi və ərazilərimizdə separatizmin kökünü tamamilə kəsdi. Bu gün bərpa-quruculuq işləri həyata keçirilir. Artıq Şərqi Zəngəzur və Qarabağ bölgəsində 43 min insan yaşayır və çalışır. İşğaldan azad olunan ərazilərə həyat qayıdıb. Biz Ermənistan ordusunu məğlub etdik və bununla Azərbaycan xalqı fəxr edir. Biz müzəffər xalqıq”.

Loading

Next Post

Ərdoğan Laçında Səməd Vurğunun "Azərbaycan" şeirini səsləndirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçında 28 May – Müstəqillik Gününə həsr olunan konsertdən əvvəl çıxışı zamanı Xalq şairi Səməd Vurğunun şeirindən parça səsləndirib. Ərdoğan şeiri səsləndirmədən öncə çıxışında “Biz həmişə Azərbaycanın yanında olacağıq. Rəbbim Azərbaycan-Türkiyə qardaşlığını daim etsin!” – deyib.  Türkiyə liderinin “Azərbaycan” şeirindəndən səsləndirdiyi iki bəndi təqdim edirik: […]