Regional təhsil idarələrinin iqtisadi zonalar üzrə formalaşması və fəaliyyət göstərməsi həm də yerlı ənənələrin təhsildə əksini tapmasına səbəb olmaqdadır

Oxunma vaxtı:2 Dəqiqə, 27 Saniyə

Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon təhsil şöbələrinin əsasında yaradılmış Mərkəzi Aran Regional Təhsil İdarəsi rəis Elçin Kərimovun rəhbərliyi altında üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməkdədir.

Kərimov Elçin Vaqif oğlu 01 may 1980-ci ildə Oğuz şəhərində anadan olub. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin coğrafiya, 2008-2011-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi ixtisasını bitirib.

2001-ci ildən pedaqoji fəaliyyətə başlayıb, Oğuz rayonu Qumlaq kənd tam orta məktəbində coğrafiya müəllimi olaraq işləyib. Daha sonra Oğuz rayonu Gənclər və İdman İdarəsinin rəis müavini, 2008-ci ildə Oğuz Rayon Təhsil Şöbəsinin müdir müavini, 2011-2019-cu illərdə isə Oğuz Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.

2019-2022-ci illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil müəssisəsinin təşkili və idarəolunması şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin əmri ilə Elçin Kərimov 2022-ci il 4 may tarixində Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 3 övladı var.

Elçin Kərimov regionun təhsilinin uğurla inkişaf etdirilməsi, kadr islahatlarının aparılması, məktəbəqədər təhsil müəssisələrinin mövcud vəziyyəti, normativ hüquqi bazaya uyğun olaraq işə qəbul qaydaları,  təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və digər məsələlər barədə vaxtaşırı olaraq ictimaiyyəti məlumatlandırır. Daim vurğulayır ki, regional təhsil idarələri ictimai nəzarətin və ictimai iştirakçılığın tərəfdarıdırlar, qarşılıqlı əməkdaşlıqda maraqlıdırlar, özü və rəhbərlik etdiyi qurum hər zaman mediaya açıqdırlar.

İdarə rəisi əməkdaşımızla söhbətində xatırladıb ki, regional təhsil idarələri ölkənin iqtisadi rayonlar üzrə bölgüsünə uyğun yaradılıb: “Ötən ilədək təhsilin yerlərdə idarə olunması müxtəlif qurumlar, müxtəlif təşkilatlar tərəfindən həyata keçirilirdi. Yerlərdə məktəbəqədər təhsil müəssisələri bir formatda, ümumtəhsil məktəbləri başqa bir formatda idi. Maliyyələşmə başqa bir qurum tərəfindən aparılırdı. Bir sözlə, rayon təhsil şöbələri, ərazi maliyyə hesablaşma mərkəzləri, məktəbəqədər təhsili idarə edən qurumlar, o cümlədən də metodik kabinetlər dördü biri-biriylə əlaqəli şəkildə işləmirdi. Regional idarələrin yaranması bizə imkan verdi ki, bu müəssisələr arasında təhsil fəaliyyətini vahid formata gətirək. Təhsildə idarəetmə və tənzimləmə funksiyalarını bir-birindən ayıraq. Bu gün təhsil mərkəzləşmiş şəkildə fəaliyyət göstərir. Hər qurumun öz işini düzgün və vaxtında görməsi nəticəsində sistemli və keyfiyyətli təhsil mexanizminə nail ola bilərik. Bu mənada regional təhsil idarələrinin qurulması yerlərdə vətəndaşların müraciətlərinə keyfiyyətli baxılması, vətəndaşlara xidmət, eyni zamanda da digər yerli məsələlərin həllinə müsbət təsir etmişdir”.

İdarə rəisi müşahidələri əsasında bildirib ki, regional təhsil idarələrinin iqtisadi zonalar üzrə formalaşması və fəaliyyət göstərməsi həm də yerlı ənənələrin təhsildə əksini tapmasına səbəb olmaqdadır: “Bir yandan yerli ənənələr təhsilin məzmununda öz əksini tapır,  digər yandan da yerli problemlərin həlli və qərarların verilməsi yavaş-yavaş regional təhsil idarələrinin səlahiyyətinə ötürülür”.

Həqiqətən də aşkar müşahidə olunur ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinə inam artır, işinə müsbət rəy verilir. Daha sosial şəbəkələrdə Regional idarənin tabeçiliyində olan müəssisələrin vəzifəli şəxsləri barədə şikayətlərə rast gəlinmir. Bu, bir tərəfdən narazılıq törədən halların azalması ilə, digər tərəfdən isə nöqsan və çatışmazlıqların həlli ilə bağlı müraciətlərin məhz Regional İdarəyə ünvanlanması və həllini tapması ilə əlaqədardır.

Kərim Babayev

Loading

Next Post

<strong>OT KÖKÜ ÜSTÜNDƏ BİTƏR</strong>

Abşeron Rayon Polis İdarəsinin (RPİ) Qobu Polis Bölməsinin  (PB) rəisi cənab Samir Qayıbov əslən Füzuli rayonunun Kürdmahmudlu kəndindəndir. Onun babası xalq qəhrəmanı Rəşid Qayıbov 1917-ci illərdə öz dəstəsi ilə ermənilərə qarşı döyüşüb, Dərələyəz, Qarakilsə, Sisyan və Qarabağ mahalında elimizi-obamızı mənfur düşməndən qoruyub. Elə buna görə sovetlər dönəmindən millətçilikdə günahlandırılıb, nəinki […]