OT KÖKÜ ÜSTÜNDƏ BİTƏR

Oxunma vaxtı:1 Dəqiqə, 23 Saniyə

Abşeron Rayon Polis İdarəsinin (RPİ) Qobu Polis Bölməsinin  (PB) rəisi cənab Samir Qayıbov əslən Füzuli rayonunun Kürdmahmudlu kəndindəndir. Onun babası xalq qəhrəmanı Rəşid Qayıbov 1917-ci illərdə öz dəstəsi ilə ermənilərə qarşı döyüşüb, Dərələyəz, Qarakilsə, Sisyan və Qarabağ mahalında elimizi-obamızı mənfur düşməndən qoruyub. Elə buna görə sovetlər dönəmindən millətçilikdə günahlandırılıb, nəinki özü, hətta övladları da təqib olunub. Lakin ulu öndər Heydər Əliyev Füzuli rayonunda zəhmətkeşlərlə görüşü zamanı Rəşid Qayıbovun övladlarını qəbul edərək dinləyib və bundan sonra bütün təqiblərin qarşısı alınıb.

Görkəmli yazıçı İlyas Əfəndiyev Rəşid Qayıbovun haqqında “Üçatılan” romanını yazıb. Rəşid Qayıbov romanın qəhrəmanı, adı Ərşad kimi qeyd olunan obrazın prototipidir. Ərşad, yəni Rəşid bir gün eşidir ki, erməni quldurları Zəngəzur və Qarabağda azərbaycanlı ailələrə zülm edir, qadınların belinə qaynar samovar bağlayır, körpə uşaqları tonqalda yandırırlar. Buna dözməyib əmisi, qaçaq Kərbəlayi Əsəddən yadigar qalmış üçatılanı götürərək öz dəstəsi ilə ermənilərə qarşı mübarizə aparmağa başlayır, qisas alır və bundan sonra ermənilər müsəlman obalarına hücum etməkdən çəkinirlər.

Samir Qayıbovun atası, Köçəri Rəşid oğlu Qayıbov isə milis orqanlarında ləyaqətlə xidmət edib. 1987-ci ildə ermənilər Laçın rayonunda bir azərbaycanlı ailəni avtomobil qarışıq uçurumdan atırlar. Həmin vaxt hadisə yerinə ilk çatmış Laçın rayonunda xidmət edən Köçəri Qayıbov cinayəti törətmiş ermənilərin tutulmasını və qanun qarşısında cavab vermələrini təmin edir. Ancaq bu hadisədən az sonra milis əməkdaşı şübhəli avtomobil qəzasında dünyasını dəyişir.

Bu, adi talesizlik idimi, yoxsa Qara Rəşiddən alınan qisasmı, bilinmir. Lakin taleyin təsəlliedici cəhəti də var; erməni faşizminə qarşı dirənən ailənin gənc davamçıları bu gün də daxili işlər orqanlarında xidmət edir. Polis mayoru Samir Qayıbov Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin rəisi, digər qardaşı, polis polkovnik-leytenantı Elşən Qayıbov isə Beyləqan Rayonlararası Mühafizə Şöbəsinin rəisidir.

Kərim Babayev

Loading

Next Post

"Biz müdaxilə edə bilmirik" - Nazir 8 Mart hədiyyələrindən danışdı

“8 Mart öncəsi müəllimlərə hədiyyə alınması ilə bağlı hallar iki yerə bölünür. Birinci, məcburetmə və külli miqdarda hədiyyə yığılmasıdır”. Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. Nazir qeyd edib ki, belə olan halda valideynlər mütləq şəkildə şikayət etməlidirlər: “O zaman nazirlik olaraq biz də araşdırma aparırıq. Çox bahalı hədiyyə […]