Ərdoğan Laçında Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndirib

Oxunma vaxtı:27 Saniyə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçında 28 May – Müstəqillik Gününə həsr olunan konsertdən əvvəl çıxışı zamanı Xalq şairi Səməd Vurğunun şeirindən parça səsləndirib.

Ərdoğan şeiri səsləndirmədən öncə çıxışında “Biz həmişə Azərbaycanın yanında olacağıq. Rəbbim Azərbaycan-Türkiyə qardaşlığını daim etsin!” – deyib. 

Türkiyə liderinin “Azərbaycan” şeirindəndən səsləndirdiyi iki bəndi təqdim edirik:

“El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana:
Hankı səmtə, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!”

Loading

Next Post

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından […]