AFFA iki klubun rəsmilərini 5 oyunluq cəzalandırıb

Oxunma vaxtı:27 Saniyə

AFFA Region Liqasında və U-10 Liqasında çıxış edən klubların rəsmilərini 5 oyunluq cəzalandırıb.

Bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

AFFA Region Liqasında keçirilən “Çinar Zəngilan” – “Xankəndi” matçı bitdikdən sonra meydan sahiblərinin adı protokolda qeyd edilməyən nümayəndəsi Anar Dünyamalıyev rəqib oyunçunu təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 5 oyunluq diskvalifikasiya edilib.

AFFA U-10 Liqasında keçirilən “Azərbaycan Qartalları” – “Qarabağ” oyunu bitdikdən sonra qonaqların baş məşqçisi Şöhrət Yusifov hakimə kəskin formada etiraz etdiyinə, qeyri-etik ifadələrə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb.

Loading

Next Post

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Qurban bayramı günlərində –  iyunun 6-9-da sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.Bu barədə Azərbaycan Dəmir Yolları məlumat yayıb. Məlumata görə, qatarlar qeyd olunan tarixlərdə həm Bakıdan Qəbələyə, həm də əks istiqamətdə hərəkətdə olacaq. Qatar Bakıdan Qəbələyə 07:30, Qəbələdən […]