Belarusun Baş naziri Azərbaycana gəlir

Oxunma vaxtı:22 Saniyə

Belarus Respublikasının Baş naziri Aleksandr Turçinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə yola düşüb.

Belarus Baş naziri Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək, ikitərəfli münasibətlər müzakirə olunacaq. Eyni zamanda o, azərbaycanlı həmkarı Baş nazir Əli Əsədovla məhdud və geniş tərkibli görüşlər keçirəcək.

Səfər çərçivəsində bir sıra müqavilələrin imzalanması gözlənilir. Eyni zamanda Belarus Baş naziri azad olunmuş ərazilərə səfər edəcək, orada bir sıra obyektlərə baş çəkəcək. Səfər çərçivəsində biznes Forum da keçiriləcək.

Loading

Next Post

Şəhid atası meşədə itkin düşdü

Daşkəsəndə meşəyə bitki toplamağa gedən şəxs itkin düşüb.Hadisə rayonun Bayan kəndinin yaxınlığına yerləşən meşəlik ərazidə qeydə alınıb. Belə ki, Kəlbəcər rayon sakini 1952-ci il təvəllüdlü K.Abdullayev ötən gün axşam saatlarında meşəlik ərazidə bitki toplamağa gedən zaman itkin düşüb. Məlumata görə, o sonuncu dəfə qızı ilə əlaqə saxlayıb. Daxili İşlər Nazirliyinin […]