İrəvanda ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Oxunma vaxtı:24 Saniyə

ABŞ-nin İrəvandakı səfirliyi yaxınlığında Pentaqonun Ermənistandakı hərbi-bioloji bazalarına qarşı etiraz aksiyası keçirilib.

“Report” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, vətəndaşlar əllərində “Pentaqonun Ermənistandakı bioloji hərbi bazalarına YOX”, “ABŞ-nin ölümcül hərbi-bioloji laboratoriyalarına YOX”, “ABŞ-nin bioloji laboratoriyaları Ermənistan üçün təhlükə yaradır” yazılmış plakatlar tutublar.

Aksiya iştirakçılarından biri ABŞ səfiri Kristina Kvinin Ermənistanda “persona non qrata” elan edilməsi üçün imza toplanıldığını açıqlayıb.

Etirazçılar bazar ertəsi ABŞ-nin Ermənistandakı səfirinə öz tələblərini əks etdirən məktub təqdim etməyi planlaşdırırlar.

Loading

Next Post

KXDR Cənubi Koreya və ABŞ-nin təlimləri fonunda zərbə gücünü artıracağı ilə hədələyib

Koreya Xalq Demokratik Respublikası Cənubi Koreya və ABŞ-nin illik birgə hərbi təlimlərini pisləyərək düşmənlərindən gələ biləcək hər hansı təhdidləri yatırmaq üçün zərbə gücünü artırmağa davam edəcəyi barədə xəbərdarlıq edib.KXDR Xarici İşlər Nazirliyinin Tərk-silah və Sülh İnstitutunun bəyanatını Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) dərc edib. “Koreya yarımadasında vəziyyətin qeyri-sabitliyinə yol açan […]