Gəncənin və digər iki rayonun prokuroru dəyişdi

Oxunma vaxtı:31 Saniyə

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Gəncə şəhər prokuroru Azad Qarayev vəzifədən azad edilib. O, Lənkəran rayon prokuroru vəzifəsinə göndərilib.

Digər əmrlə Rauf Gözəlov Qazaxın prokuroru vəzifəsindən azad edilib. O, Gəncə şəhərinin prokuroru vəzifəsinə təyin edilib.

Bakı şəhər Prokurorluğunun Təşkilat və icraya nəzarət şöbəsinin rəisi Rövşən Əliyev isə Qazax rayonunun prokuroru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Gəncənin prokuroru təyin edilən Rauf Gözəlov Şuşanın keçmiş icra başçısı, 1991-ci ildə Şuşada kabinetində qətlə yetirilən Mikayıl Gözəlovun qardaşı oğludur.

Fotoda Azad Qarayev

Fotoda Rauf Gözəlov

Loading

Next Post

Prezident Rusiyadadır

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfər edib. Dövlət başçısının təyyarəsini Kazan Beynəlxalq Hava Limanına enərkən hərbi helikopterlər müşayiət edib. Kazan Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə […]