AKİAi: Aqrar sahənin kreditləşməsi ilə bağlı müxtəlif çətinliklər mövcuddur

Oxunma vaxtı:25 Saniyə

Azərbaycanda aqrar sahənin kreditləşməsi ilə bağlı müxtəlif çətinliklər mövcuddur.

Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) nümayəndəsi Emil Xasməmmədov Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.

“Ölkə üzrə kredit qoyuluşunda aqrar sahəyə yönələn kreditlərin ümumi məbləği çox kiçikdir. Əsas çətinliklər bu kreditlərin yüksək riskli olması, onları almaq istəyən fermer və sahibkarların regionlarda likvid girovlara sahib olmamasıdır. Bu istiqamətdə ayrılan kreditlər üzrə zəmanət verilməsini, faizlərin subsidiyalaşdırılmasınıtəklif etmək olar. Agentlik olaraq bu istiqamətdə mühüm işlər görmüşük”, – deyə o qeyd edib.

Loading

Next Post

Təhsil müəssisələrinə tələbə qəbulu qaydalarında dəyişiklik edilib, ixtisaslar yeni redaksiyada verilib

Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişikliklər edilib. Dəyişikliklə, “İxtisas qrupları və ixtisaslar” yeni redaksiyada verilib: Qərara əsasən, filologiya ixtisasının xarici dil və xarici ölkə ədəbiyyatı ilə bağlı olan ixtisaslaşmalarına, habelə tərcümə ixtisasının ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar […]