“WhatsApp”dan qalmaqallı yenilik – Bəzi yazışmaları…

alfonsonri
Oxunma vaxtı:24 Saniyə

“WhatsApp” məxfiliyə yönəlmiş funksiyaları artırmağa davam edir. Ani mesajlaşma platforması istifadəçilərə barmaq izi və ya şifrədən istifadə edərək müəyyən söhbətləri kilidləməyə imkan verəcək.

Dogrusoztv.az Trend-ə istinadən bildirir ki, bu sayədə istifadəçilər tətbiqdə istədikləri söhbətləri gizlətmək imkanı əldə edəcəklər.

Hazırda “Android” və “iOS”da “WhatsApp”ı kilidləmək mümkün olsa da , konkret bir şəxslə mesajları gizlətmək mümkün deyil.

Yeni kilidlənmiş söhbət funksiyasının təfərrüatları hələlik məlum deyil, ancaq bunun həm qrup, həm də fərdi söhbətləri kilidləməyə imkan verməsi gözlənilir.

Loading

Next Post

Laçın-Xankəndi yolundakı aksiyanın 114-cü GÜNÜ

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 114 gündür davam edir. Aksiya iştirakçıları ötən gecə boyu yüksək fəallıq nümayiş etdiriblər. Toplanış yerində təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunub və heç bir insident qeydə alınmayıb. Etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi […]