MN: Artilleriya bölmələri ilə döyüş atışları keçirilib

Oxunma vaxtı:17 Saniyə

Quru Qoşunlarının artilleriya bölmələrində praktiki döyüş atışları keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, real döyüş şəraitinə uyğun keçirilən döyüş atışlarında şərti düşmənin planlı və plandankənar hədəflərinin aşkar edilməsi və sərrast atəşlə məhv edilməsinə nail olunub.

Praktiki məşğələlərin keçirilməsində əsas diqqət hərbi qulluqçuların praktiki bacarıqlarının artırılması, komandirlərin idarəetmə vərdişlərinin və qarşılıqlı əlaqənin təkmilləşdirilməsinə yönəldilib.

Loading

Next Post

Əli Nağıyev: Azərbaycan Əfqanıstanın sabitliyi və təhlükəsizliyi ilə bağlı dəstəyini əsirgəməyib

Azərbaycan hər zaman Əfqanıstanda daxili siyasi sabitliyin və təhlükəsizliyin təmin olunması üçün irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyib.Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev Bakıda “Əfqanıstan: regional təmaslar, təhlükəsizlik və inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. O bildirib ki, Azərbaycan bu istiqamətdə səylərini heç vaxt əsirgəməyib: “Əfqanıstana transmilli mütəşəkkil cinayətkarlığa, […]