Pirşağı və Ləhic bağlarında işıq olmayacaq

Oxunma vaxtı:23 Saniyə

Bu gün Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 10 kV-luq 580 N-1 və N-2 elektrik xətlərində əsaslı təmir və yenidənqurma işləri həyata keçiriləcək.

Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Qeyd olunub ki, bununla əlaqədar saat 10:00-dan 14:30-dək Pirşağı bağları yaşayış massivi və Ləhic bağları adlanan ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

“Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, – məlumatda bildirilib.

Loading

Next Post

Azərbaycan neftinin qiyməti 70 dollara düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,17 ABŞ dolları və ya 3 % azalaraq 70,03 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 67,36 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel […]