DTX terrorçuluqda şübhəli bilinən şəxsi saxlayaraq Azərbaycana gətirib

Oxunma vaxtı:33 Saniyə

Bakı şəhər Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə saxlanılmış Nəcimov Ruslan Rafiq oğlu barəsində müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

Müəyyən edilib ki, sabit silahlı qrup tərkibində terrorçuluqla bağlı cinayət əməllərinin törədilməsində şübhəli bilinən, 1987-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Nəcimov Ruslan Rafiq oğlu müxtəlif adlar altında xarici ölkə ərazisində gizlənməyə çalışıb. 

DTX tərəfindən həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Ruslan Nəcimovun xaricdə saxlanılaraq  bu il aprelin 15-də ölkə ərazisinə gətirilib istintaqa cəlb olunması təmin edilib.

Məhkəmənin qərarı ilə Ruslan Nəcimovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Loading

Next Post

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - Foto

Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub.Masallı rayon Böyük Kolatan kənd sakini Teymur Əzizulla oğlu Sadıqov döyüş bölgəsində həyatını itirib. O, Rusiya ordusunun sıralarında müharibədə iştirak edirmiş.