Siyəzəndə 5 nəfər dəm qazından zəhərlənib

Oxunma vaxtı:35 Saniyə

Siyəzəndə 5 nəfər dəm qazından zəhərlənib.

Aprelin 3-də Siyəzən Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə dəm qazından zəhərlənmə şübhəsi ilə 5 nəfər müraciət edib.

Onlardan 2 nəfər – Rəsulova Leyla Şamil qızı (10.07.2012) və Hacıyeva Xəyalə Adil qızı (11.04.1996) təcili tibbi yardım briqadası (103 xidməti) vasitəsilə xəstəxanaya çatdırılıb. Digər 3 nəfər – Kərimova Azadə İsmayıl qızı (27.03.1989), Cəlilova Zeynəb Şəfaqət qızı (20.11.1996) və Nəzərova Vəfa Mürvət qızı (22.12.1980) isə yaxınları tərəfindən tibb müəssisəsinə gətirilib.

Xəstələrin xəstəxanaya qəbul olunarkən vəziyyətlərinin stabil olduğu bildirilib. Onlar əsasən boğulma hissi, boğazda qıcıqlanma və ürəkbulanma şikayətləri ilə müraciət ediblər. Hər 5 xəstəyə yerindəcə yardım göstərilib. Vəziyyətləri stabilləşəndən sonra evə buraxılıblar.(APA)

Loading

Next Post

Ukrayna Rusiyada iki kimya zavoduna dronlarla zərbə endirib

Ukrayna ordusu aprelin 4-nə keçən gecə Rusiyanın Tolyatti şəhərində yerləşən iki kimya zavoduna pilotsuz uçuş aparatları ilə zərbə endirib. Nəticədə müəssisələrdə yanğın başlayıb. Bu barədə RBK-Ukrayna məlumat yayıb. Tolyatti şəhərində hava həyəcanı fonunda partlayışların baş verdiyi bildirilir. Məlumata görə, Ukrayna dronları Tolyattikauçuk və KuybyshevAzot zavodlarını hədəfə alıb. Hücumu təsdiqləyən Samara […]