Qəzada ölən 3 şagird maşın sürməyi öyrənirmiş…

alfonsonri
Oxunma vaxtı:52 Saniyə

Fevralın 11-də Siyəzəndə 3-ü məktəbli olmaqla 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzasının təfərrüatı məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə vaxtı Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 saylı orta məktəbin 5 şagirdi avtomobil sürməyi öyrənmək məqsədilə rayon sakini, 1992-ci il təvəllüdlü Nicat Məmmədovun avtomobilinə əyləşibmiş. N.Məmmədov “Audi” markalı avtomobillə Siyəzən şəhərindən Bakı-Quba yolunun köhnə hissəsinə doğru yüksək sürətlə hərəkət edərkən nəqliyyat vasitəsi yolun nahamar hissəsində idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarında dayanmış yük avtomobilinə çırpılıb.

Hadisə nəticəsində 11-ci sinif şagirdi 2006-cı il təvəllüdlü Abasov Rəvan Malik oğlu, onun əmisi oğlu, 2006-cı il təvəllüdlü Abasov Nihat Babək oğlu, 10-cu sinif şagirdi 2007-ci il təvəllüdlü Məmmədli Aqşin Vüqar oğlu dünyasını dəyişib. Həmin məktəbin şagirdi olan 2006-cı il təvəllüdlü Əsgərov Əsgər Həsən oğlu və Qədirov Mursaqulu Asif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə zamanı xəsarət alan “Audi”nin sürücüsü, 1992-ci il təvəllüdlü Nicat Məmmədov isə xəstəxanada dünyasını dəyişib.

Bildirilir ki, qəzaya düşən məktəblilər və sürücü eyni məhəllədə yaşayırmışlar.

Loading

Next Post

“Mənim üçün nə fərqi var, Çovdarov, Qurbanov, ya da Məmmədov…” - Ramiz Rzayev

Ali Məhkəmənin sədri Ramiz Rzayev Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalları Akif Çovdarov və Sübahir Qurbanovun əmlaklarının müsadirədən azad olunması ilə bağlı qərarlara münasibət bildirib. Dogrusoztv.az xəbər verir ki, Ramiz Rzayev APA-ya açıqlamasında deyib ki, sözügedən əmlaklar qanunun tələbinə uyğun olaraq müsadirədən azad olunub. Yəni, qeyd olunan əmlakların cinayət yolu ilə əldə olunmadığı […]