Sabah Bakıda intensiv yağış yağacaq, şimşək çaxacaq, güclü külək əsəcək – PROQNOZ

Oxunma vaxtı:40 Saniyə

Bakıda və Abşeron yarımadasında aprelin 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhərdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verilib.

Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi, şimşək çaxacağı, gecə və səhər bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-11° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-19° isti, dağlarda gecə 4-9° isti, gündüz 9-14° isti olacaq.

Loading

Next Post

Milli Məclisin deputatları IV Antalya Diplomatik Forumunda iştirak edəcəklər

Milli Məclisin deputatları IV Antalya Diplomatik Forumunda iştirak edəcək. Bu barədə Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Qeyd edilib ki, foruma Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputatlar Nigar Arpadarai, […]