Sabahdan bir həftəlik bayram tətili başlayır

alfonsonri
Oxunma vaxtı:29 Saniyə

Sabahdan Azərbaycanda bir həftəlik bayram tətili başlayır.

Tətil 26 iyun- 2 iyul tarixlərini əhatə edəcək.

Belə ki, 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, iyunun 24-ü (şənbə) və iyunun 25-i (bazar) iş günləri, iyunun 26, 27, 28, 29 və 30-u qeyri-iş günləri olub.

Növbəti iki gün 1 və 2 iyul isə şənbə və bazar günlərinə təsadüf etdiyindən ardıcıl olaraq 7 qeyri-iş günü olacaq.

Qeyd edək ki, 26 iyun Azərbaycanın Silahlı Qüvvələri Günü, 28 və 29 iyun isə Qurban bayramıdır.

Loading

Next Post

Rusiyanın müdafiə naziri haradadır?

“Vaqner”in qısa müddətli üsyanı Rusiyada panika yaratsa da, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun yoxa çıxması yeni iddialar ortaya çıxardıb. Belarusun vasitəçiliyinin sonunda “Vaqner”in lideri Yevgeni Priqojin muzdlu dəstəni geri çəkib və bu proses boyu səssiz qalan Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə ortada görünməyib. Dünən axşam mövzu ilə bağlı açıqlama […]