Tural Niftalıyev jurnalistləri belə təbrik edib

Oxunma vaxtı:39 Saniyə

Təqaüddə olan Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev 22 iyul Milli Mətbuat Günü münasibətilə jurnalistlərə təbrik ünvanlayıb.

Yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında təbliğat və təşviqat işinin rolu çox böyükdür. Qəzaların qarşısının alınması istiqamətində kütləvi informasiya vasitələrinin köməyindən istifadə etməklə tərəfimizdən mütəmadi olaraq təbliğat və maarifləndirmə işləri həyata keçirilib. Uzun müddət yol hərəkətinin təhlükəsizliyinin təbliği sahəsində sizinlə birgə çalışmışıq. Aparılan təbliğat və təşviqat işlərini yüksək peşəkarlıqla ictimaiyyətə çatdırmısınız. İnsanların həyat və sağlamlıqlarının qorunması istiqamətində sizinlə birgə çox işlər görmüşük. Hər zaman Dövlət Yol Polisinin xidməti fəaliyyətinə olan diqqət və qayğınızı, o cümlədən şəxsən mənimlə səmimi əməkdaşlığınızı yüksək qiymətləndirir, hər birinizə təşəkkür edirəm.Peşə fəaliyyətinizdə Sizə uğurlar arzulayıram, hər zaman yanınızdayam və köməklik göstərməyə hazıram.

Tural Niftalıyev

Loading

Next Post

Günün qoroskopu: Səfərlər və romantik görüşlər üçün əlverişli zamandır

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik  Qoç – kiçik işlərdə uğur əldə edəcəksiniz. Əhəmiyyətli və mühüm işlərdə diqqətli olun, sayıq davranın. Genişmiqyaslı, vacib məsələlərlə bağlı qərar qəbul etmək üçün əlverişli zaman deyil. Prinsipial məsələlərin müzakirəsini ertələyin. Gəlirlər olacaq, amma onların […]