QMİ Həcc ziyarəti ilə bağlı çağırış edib

Oxunma vaxtı:25 Saniyə

Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarəti ilə bağlı çağırış edib.

QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri APA-ya bildirib ki, Səudiyyə Ərəbistanı Həcc və Ümrə nazirliynin dünyadakı bütün Həcc missiyalarına Həccə qeydiyyat prosedurlarının erkən bitirilməsini ciddi şəkildə tələb edir:

“Belə ki, Ramazan ayının 1-dən vizaların verilməsi prosesinə start veriləcək və ay yarım ərzində yekunlaşacaq. Ona görə, Həccə niyyətli olan vətəndaşlarımızdan xahiş edirik ki, yubanmadan gəlib qeydiyyata alınsınlar. Kvotanın dolub-dolmamasınsan asılı olmayaraq sənədlərin qəbulu 15 fevral tarixində bitəcək”.

Loading

Next Post

Venesuelada fövqəladə vəziyyət elan edilib

Venesuelaya hücumdan sonra Prezident Nikolas Maduro ölkədə fövqəladə vəziyyət elan edilməsi barədə fərman imzalayıb. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.