Hakan Fidan Ceyhun Bayramovla TRIPP-ın icrası üzrə çərçivə sənədi ilə bağlı iki saat müzakirə aparıb

Oxunma vaxtı:42 Saniyə

Zəngəzur dəhlizi Orta Dəhliz baxımından, eyni zamanda, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqənin yaradılması baxımından əhəmiyyətlidir.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan mətbuat konfransında deyib.

Hakan Fidanın sözlərinə görə, Türkiyə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasını istəyir.

XİN rəhbəri Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq niyyətində olduğunu vurğulayıb: “Bunun üçün həm Azərbaycan, həm Türkiyə, həm də Ermənistanda lazım olan iradə var”.

Hakan Fidan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” (TRIPP) icrası üzrə çərçivə sənədini Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla müzakirə etdiklərini qeyd edib. O əlavə edib ki, çərçivə sənədi ilə bağlı Türkiyə Prezidenti də məlumatlandırılıb: “Ermənistan xarici işlər nazirinin Vaşinqtona səfəri zamanı TRIPP-lə bağlı çərçivə sənədi dərc olundu. Biz bu məsələ ilə bağlı dəyərli həmkarım Ceyhun Bayramovla iki saat müzakirə aparmışıq. Bizim üçün Azərbaycan tərəfinin perspektivi önəmlidir. Prezident Ərdoğan da bununla bağlı məlumatlandırılıb”.

Loading

Next Post

Havanın temperaturu 8 dərəcə enəcək, sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ

Yanvarın 17-si gündüzdən 22-dək ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi ərazilərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yay. “Yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir”, – Xidmətin rəis müavini Gülnarə Abbasova bildirib. O […]