Havanın temperaturu 8 dərəcə enəcək, sulu qar, qar yağacaq – XƏBƏRDARLIQ

Oxunma vaxtı:36 Saniyə

Yanvarın 17-si gündüzdən 22-dək ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi ərazilərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yay.

“Yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir”, – Xidmətin rəis müavini Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, bu müddət ərzində Bakıda və Abşeron yarımadasında da havanın yağıntılı olacağı və yağıntıların sulu qara keçəcəyi gözlənilir:

“Havanın temperaturu ölkə ərazisində ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enərək, minimal temperatur Bakıda və Abşeron yarımadasında 0-2 dərəcə isti, dağətəyi rayonlarda 3 dərəcəyədək, dağlıq rayonlarda 5-10, yüksək dağlıq ərazilərdə isə 15-20 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda bəzi yollar buz bağlayacaq”.

Loading

Next Post

Danimarka MN: ABŞ-ın Qrenlandiyaya hücumu baş verərsə, hərbçilər atəş açacaq

Danimarka Müdafiə Nazirliyi ABŞ silahlı qüvvələrinin Qrenlandiyaya hücumu baş verərsə, ölkə hərbçilərinə cavab atəşi açmaq icazəsi verildiyini açıqlayıb. Bu barədə müdafiə nazirliyin nümayəndəsi Tobias Roed Yensen “The Intercept” nəşrinə müsahibəsində bildirib. “Danimarka silahlı qüvvələri ölkə ərazisini qorumağa borcludur. Bu isə zərurət yarandığı halda dərhal müdafiə tədbirlərinin görülməsini, o cümlədən cavab […]