Danimarka MN: ABŞ-ın Qrenlandiyaya hücumu baş verərsə, hərbçilər atəş açacaq

Oxunma vaxtı:32 Saniyə


Danimarka Müdafiə Nazirliyi ABŞ silahlı qüvvələrinin Qrenlandiyaya hücumu baş verərsə, ölkə hərbçilərinə cavab atəşi açmaq icazəsi verildiyini açıqlayıb.

Bu barədə müdafiə nazirliyin nümayəndəsi Tobias Roed Yensen “The Intercept” nəşrinə müsahibəsində bildirib.

“Danimarka silahlı qüvvələri ölkə ərazisini qorumağa borcludur. Bu isə zərurət yarandığı halda dərhal müdafiə tədbirlərinin görülməsini, o cümlədən cavab atəşinin açılmasını nəzərdə tutur,” – Yensen vurğulayıb.

Onun sözlərinə görə, Danimarka hərbçilərinə ölkə ərazisini müdafiə etmək hüququ 1952-ci ildə qəbul olunmuş kral fərmanı ilə verilib. Bu sənəd Danimarkanın bütün ərazilərinə, o cümlədən Qrenlandiyaya da şamil olunur.

Yensen qeyd edib ki, sözügedən fərman hərbçilərə siyasi və ya hərbi rəhbərliyin ayrıca göstərişini gözləmədən ölkəni müdafiə etmək səlahiyyəti verir.

Loading

Next Post

Yasamal və Suraxanı rayonlarının bəzi ərazilərində qaz olmayacaq

Paytaxtın Yasamal və Suraxanı rayonlarının bəzi ərazilərində sabah qaz təchizatı dayandırılacaq. Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi, Suraxanı rayonu, Hövsan qəsəbəsində qaz sızmalarının aradan qaldırılması işləri ilə əlaqədar 16.01.2026-cı il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.