Bakıda Yeni ilə hazırlıq görülür

Oxunma vaxtı:28 Saniyə

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar Bakı şəhər və paytaxt rayonları icra hakimiyyətləri tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd olunub ki, parklar, meydan və küçələrinin bəzədilməsi, yeni il atributlarının, işıqlı çilçıraqlar və digər bəzəklər quraşdırılması işləri yekunlaşıb.

Ənənəvi olaraq bayram tərtibatı işləri görülən Neftçilər prospekti, Yusif Səfərov, Niyazi, İstiqlaliyyət küçələri və Azərbaycan prospekti də bayramla bağlı bəzədilir.

“Azneft” dairəsində isə yeni il şam ağacı kompleksi yaradılıb.

Həmçinin rayon icra hakimiyyətlərinə bayramla bağlı ərazilərdə nümunəvi küçələr hazırlanması tövsiyə edilib.

Loading

Next Post

Milli Məclisin növbəti plenar iclası dekabrın 27-də keçiriləcək

Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası dekabrın 27-də keçiriləcək. Bu barədə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasının sonunda məlumat verib. Sədr qeyd edib ki, toplantının gündəliyi haqqında əlavə məlumat veriləcək.