Moskvada partlayış: “Arbat” batalyonun erməni komandiri komaya düşdü

Oxunma vaxtı:42 Saniyə

Moskvadakı “Qırmızı yelkənlər” yaşayış kompleksində baş verən partlayış nəticəsində Ukraynaının Donbas vilayətində qurulmuş “Arbat” batalyonunun komandiri Armen Sarkisyan ağır yaralanıb və reanimasiyaya yerləşdirilib.

Rusiya KİV-lərinin məlumatına görə, partlayış Sarkisyan təhlükəsizlik qüvvələrinin müşayiəti ilə zaldan keçərkən baş verib.

Yaşayış kompleksində baş verən partlayış nəticəsində xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır, bir neçə nəfərin öldüyü bildirilir.

Ölənlər arasında Armen Sarkisyanın mühafizəçisi Oleq Kaspiroviç də var.

Armen Sarkisyanın hazırda komada olduğu, sol ayağının kəsildiyiyi bildirilir.

Armen Qorlovski kimi tanınan 46 yaşlı Sarkisyan Qorlovkada qanunsuz döyüşçülərin təlimi ilə məşğul olub.

A.Sarkisyan Ukrayna Silahlı Qüvvələrinə qarşı hərbi əməliyyatlar aparan qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə ittiham olunur. O, Ukraynada axtarışa verilib, əvvəllər Ukrayna vətəndaşlığı olub.

“Arbat” batalyonu Armen Sarkisyan tərəfindən 2022-ci ildə Ukrayna ərazisində yaradılmış qanunsuz silahlı dəstədir. Təxminən 500 nəfərdən ibarətdir, əksəriyyəti etnik ermənilərdir. Dəstə Donbasda Ukrayna ordusuna qarşı döyüşür.

Loading

Next Post

Azərbaycanın bu rayonlarında polis postları quruldu - SƏBƏB

 Azərbaycanın Rusiya ilə sərhədyanı rayonlarının ərazisində “Sərhəd-Sipər” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilir. Əməliyyatlar Azərbaycan və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən aparılır. Bir həftə ərzində aparılacaq əməliyyatlarla əlaqədar Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının ərazilərində müvafiq […]