Səsvermə bülletenində Ərdoğanın adı birinci yazılacaq

alfonsonri
Oxunma vaxtı:30 Saniyə

Türkiyənin Ali Seçki Şurası (MSK) qarşıdakı prezident seçkiləri üçün səsvermə bülletenlərində namizədlərin adlarının yer alacağı sıranın müəyyən edilməsi üzrə püşkatma keçirib.

Püşkatmanın nəticəsinə əsasən, Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı bülletendə birinci yazılacaq. İkinci yerdə Məmləkət Partiyasının sədri Muharrem İncenin, üçüncü yerdə Millət İttifaqının namizədi və Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlunun, dördüncü sırada isə Ata İttifaqının namizədi Sinan Oğanın adı qeyd olunacaq.

Qeyd edək ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Əgər prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu baş tutacaq.

Mənbə Anadolu Agentliyi

Loading

Next Post

Kuleba BMT TŞ-ni tənqid etdi

Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyi beynəlxalq ictimaiyyətin üzünə vurulan sillədir. Bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba Tvitterdə yazıb. “Mən BMT TŞ-nin hazırkı üzvlərini Rusiyanın öz prezidentliyindən sui-istifadə etmək cəhdlərinin qarşısını almağa çağırıram”, – Kuleba vurğulayıb. Qeyd edək ki, bu gün BMT TŞ-yə sədrlik Rusiyaya keçib.