İmişlidə avtomobillər toqquşub, dörd nəfər xəsarət alıb

Oxunma vaxtı:15 Saniyə

İmişli rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Çahar kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı “Mercedes” və “Hyundai” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində xəsarət alan dörd nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Loading

Next Post

Kamran Əliyev Çinə rəsmi səfərə gedib

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun dəvətilə Şanxay şəhərinə işgüzar səfərə gedib. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində Baş prokurorla Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq arasında ikitərəfli görüş keçirilib. […]