Avstraliyada sualtı ovdan çıxmaq istəyən uşağa köpək balığı hücum etdi

Oxunma vaxtı:27 Saniyə

Sualtı ovdan sonra qayığa çıxmaq istəyən səkkiz yaşlı avstraliyalı uşaqla köpək balığının qarşılaması barədə video sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Görüntülər Kvinslend ştatının Ledi Masqreyv adasında qeydə alınıb.

Kadrlar Manni adlı uşağın okeandan vurduğu balığı nümayişkaranə şəkildə qayığa atması ilə başlayır. Elə həmin an qəfildən bir köpək balığı peyda olur və uşağın sinəsinə çırpılır.

Məlumata görə, uşaq xəsarət almayıb.

“Bir az sinəm ağrıdı, ancaq bu qədər”, – deyə uşağın özü olanlar barədə danışıb.

Mannidən bu hadisədən sonra okean qorxusunun yaranıb yaranmadığı soruşulduqda isə o, dalmağa davam edəcəyini bildirib.(Oxu.az)

Loading

Next Post

"Kənd toyuğu" adı ilə satılan məhsullara qarşı ciddi tədbirlər görülür

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri çərçivəsində bazarlarda ucuz qiymətə (3-ü 10-11 manata) toyuq məhsullarının satışı ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatlara əsasən, ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrində monitorinq aparılıb. AQTA-dan APA-ya verilən xəbərə görə, monitorinq zamanı Gürcüstan Respublikasından “Nazal-M” MMC tərəfindən […]