Nicat Abasov fransalı şahmatçıya uduzdu

Oxunma vaxtı:25 Saniyə

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxıb.

28 yaşlı qrossmeyster XI turda Fransa təmsilçisi Əlireza Firuzca ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib. Abasov qara fiqurlarla oynayıb. O, hazırda 3 xalla sonuncu – 8-ci pillədə qərarlaşıb. Firuzca isə 4,5 xalla yeddincidir.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Loading

Next Post

Ombudsman Başlıbel faciəsi ilə bağlı paylaşım etdi

“Ermənistanın Azərbaycana qarşı nifrət zəminində həyata keçirdiyi soyqırımı və işğalçılıq siyasəti tarix boyu minlərlə günahsız azərbaycanlının amansızlıqla qətlə yetirilməsinə, onların soyqırımı cinayətinin qurbanına çevrilməsinə səbəb olmuşdur” Ombudsman Aparatı Başlıbel faciəsi ilə bağlı paylaşım edib. Paylaşımda qeyd edilib ki, bu gün Ermənistanın Kəlbəcər rayonunun Başlıbel kəndində törətmiş olduğu qətliamdan 31 il […]