İlham Əliyev səs verdi

Oxunma vaxtı:22 Saniyə

Yanvarın 29-da Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs verib.

Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı.

Qeyd edək ki, Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində 576 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 31 namizəd mübarizə aparır.

Loading

Next Post

Tofiq Bəhramovun anadan olmasından 100 il ötür

Bu gün Azərbaycanın əfsanəvi futbol hakimi Tofiq Bəhramovun anadan olmasından 100 il ötür.  “Qızıl fit” və “Qızıl ilahə” mükafatlarının sahibi, dünyada adına stadion olan ilk hakim Tofiq Bəhramov prinsipiallığı və obyektivliyi ilə hər zaman gənc həmkarlarına örnək olmağı bacarıb. Qeyd edək ki, Tofiq Bəhramov 1925-ci il yanvarın 29-da Ağdamda anadan […]