Prezident: Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni səviyyəyə qaldırılması istiqamətində addımlar müzakirə olunacaq

DogruSozTv Az
Oxunma vaxtı:30 Saniyə

“İlk iclası keçən il Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı baş tutmuş Ali Dövlətlərarası Şuranın keçirilməsinin vacibliyini də qeyd etmək lazımdır. Astanada keçiriləcək ikinci iclasda qarşılıqlı faydalı əməkdaşlığın gələcək perspektivləri və Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni səviyyəyə qaldırılması istiqamətində addımlar müzakirə olunacaq”.

Bu barədə Prezident İlham Əliyev “Kazinform”a müsahibəsində bildirib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və Qazaxıstan çoxtərəfli formatda, xüsusilə beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və s. çərçivəsində səmərəli əməkdaşlıq edirlər: “Ölkələrimiz beynəlxalq aləmdə bir-birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqe tuturlar”.

Loading

Next Post

Hikmət Hacıyev: Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Hikmət Hacıyev ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikan səfəri barədə “X” hesabında paylaşım edib. Hikmət Hacıyev Mehriban Əliyevanın səmərəli görüşlərinin, o cümlədən Roma Papası XIV Leo ilə görüşünün Azərbaycanın dinlərarası anlaşma və mədəniyyətlərarası dialoqa sadiqliyini nümayiş […]