Los-Ancelesin qərb və şərqində iki güclü yanğının yayılması nəzarətə alınır

Oxunma vaxtı:24 Saniyə

Yanğınsöndürənlər Los-Ancelesin qərb və şərqində alovlanan iki böyük yanğının qarşısının alınmasında irəliləyiş əldə ediblər.

Bu barədə Qərb KİV-ləri məlumat yayıb.

Məlumata görə, yanğınsöndürənlər şəhərin qərbindəki Pasifik Paliseyds və şərqdəki Altadina rayonunda yanğının yayılmasını qismən nəzarətə almağa nail olublar. Lakin yanğınlar nəticəsində 137 kvadratkilometr ərazi yanıb.

“AccuWeather”in məlumatına görə, Kaliforniyanın cənubundakı meşə yanğınlarından dəyən iqtisadi zərər 135-150 milyard dollar təşkil edə bilər.

ABŞ Prezidenti Cozef Bayden tüğyan edən kütləvi yanğınlar səbəbindən Kaliforniya ştatında böyük fəlakət rejimi elan edib.

Loading

Next Post

“7 dairədə seçki keçirilməyəcək” - MSK sədri

“Bələdiyyə seçkiləri ilə əlaqədar hazırda 16 min 128 namizəd mübarizə aparır”. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib. M.Pənahov qeyd edib ki, yanvarın 29-da Azərbaycanda mövcud olan 685 bələdiyyəyə 8071 üzv seçiləcək: “Bu bələdiyyələr 118 seçki dairəsinin ərazisinə düşür. Bunlardan 7 dairə tam olaraq məcburi köçkünlərdən […]