“7 dairədə seçki keçirilməyəcək” – MSK sədri

Oxunma vaxtı:27 Saniyə

“Bələdiyyə seçkiləri ilə əlaqədar hazırda 16 min 128 namizəd mübarizə aparır”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib.

M.Pənahov qeyd edib ki, yanvarın 29-da Azərbaycanda mövcud olan 685 bələdiyyəyə 8071 üzv seçiləcək:

“Bu bələdiyyələr 118 seçki dairəsinin ərazisinə düşür. Bunlardan 7 dairə tam olaraq məcburi köçkünlərdən ibarətdir. Onlar da daimi yaşayış məntəqələrinə qayıtmadıqları üçün orada bələdiyyə seçkiləri keçirilmir.

Ümumilikdə seçicilər səsvermə günü geniş seçim imkanına malik olacaqlar”.

Onun sözlərinə görə, bələdiyyə seçkilərində müşahidəçi qismində iştirak etmək üçün ümumilikdə 66 mindən çox yerli müşahidəçi akkreditasiyadan keçib.

Loading

Next Post

Dəhşətli yanğın kosmosdan belə görünür - FOTOLAR

ABŞ-nın Kaliforniya ştatını bürüyən yanğının kosmosdan fotoları yayılıb. Fotolar “Roskosmos”un peykləri tərəfindən çəkilib. Fotolarda ABŞ-ın cənub-qərbi və Meksikanı bürüyən yanğınlar görünür. Kaliforniyada ümumi sahəsi 14 min hektardan çox olan beş böyük yanğın baş verib. Meşə yanğınları 11 nəfərin həyatına son qoyub.