Polşa baş nazirinin müavini Prezidenti tənqid edib

Oxunma vaxtı:35 Saniyə

Polşa, prezident Karol Navrotskinin qoyduğu veto səbəbindən Ukrayna üçün “Starlink” peyk internetinə girişi maliyyələşdirməyi davam etdirə bilməyəcək.

Bu barədə bazar ertəsi Polşanın baş nazirinin müavini, rəqəmsal texnologiyalar naziri Kşiştof Qavkovski “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Karol Navrotski öz qərarı ilə Ukraynanın internetini kəsir. Çünki bu, əslində Ukrayna vətəndaşlarına yardım haqqında qanunun dayandırılması deməkdir. Bu, həmçinin Ukrayna hökumətinin məlumatlarının təhlükəsiz yerdə saxlanmasına dəstəyi dayandırır”, – o vurğulayıb.

Baş nazirin müavini əlavə edib ki, yaranmış vəziyyət Rusiya qoşunları üçün “hədiyyə” olacaq. O, Prezident Navoritskini Ukraynaya qarşı münasibəti dəyişməyə çağırıb.

“Cənab Prezident – Siz siyasi mübarizə naminə hökumətə kor-koranə zərbələr vurmağı dayandırmalısınız. Siz öz müstəqilliyi uğrunda mübarizə aparan insanlara zərər verir və eyni zamanda Rusiyaya kömək edirsiniz”, – o yekunlaşdırıb.

Loading

Next Post

Saida Mirziyoyeva Mehriban Əliyevanı təbrik edib

Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli Mehriban Arif qızı. Böyük sevinc hissi ilə Sizi doğum gününüz münasibətilə təbrik edir və ən səmimi arzularımı çatdırıram. Parlaq, çoxtərəfli ictimai və dövlət xadimi, sevimli həyat yoldaşı və ana kimi […]