Bu gün İsraildə Azərbaycan səfirliyinin açılışı olacaq

alfonsonri
Oxunma vaxtı:23 Saniyə

Bu gün Təl-Əviv şəhərində Azərbaycan səfirliyinin açılışı olacaq.

Açılış mərasimində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin bir qrup deputatı və digər şəxslər iştirak edəcək.

Qeyd edək ki, ötən ilin sonunda Milli Məclis Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini qəbul edib.

Daha sonra Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiq edib.

Azərbaycanın İsraildəki səfiri vəzifəsinə Muxtar Məmmədov təyin edilib.

Loading

Next Post

Sabirabadda 8 yaşlı uşağın meyiti TAPILDI

Martın 28-də Sabirabad rayonu Məmişlər kənd sakini 2015-ci il təvəllüdlü Siyasət Cəfərovun yaşadığı evin qarşısında meyiti aşkar edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.