Bu həftə ardıcıl 7 gün iş olacaq

Oxunma vaxtı:28 Saniyə

Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədovun imzaladığı Qərara əsasən, Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

Belə ki, 28 və 29 dekabr tarixləri iş günü olduğundan, bu həftə ardıcıl 7 gün iş olacaq. 30-31 dekabr, 1-5 yanvar tarixləri isə qeyri-iş günü olacaq.

Qeyd edək ki, Yeni ilin ilk iş günü yanvarın 6-sına təsadüf edəcək.

Loading

Next Post

Bakının Binəqədi rayonunun bəzi ərazilərində elektrik enerjisi kəsiləcək

Bu gün Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində, Binəqədi kəndi və ətrafında yerləşən yeni yaşayış məhəllələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib. Bildirib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bir sıra ərazilərdə 6 kV-luq hava xətlərində aparılan yenidənqurma və təmir işləri ilə […]