Bakının Binəqədi rayonunun bəzi ərazilərində elektrik enerjisi kəsiləcək

Oxunma vaxtı:36 Saniyə

Bu gün Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində, Binəqədi kəndi və ətrafında yerləşən yeni yaşayış məhəllələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bir sıra ərazilərdə 6 kV-luq hava xətlərində aparılan yenidənqurma və təmir işləri ilə əlaqədar dekabrın 23-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək Sulutəpə qəsəbəsində, saat 10:00-dan saat 15:00-dək Binəqədi kəndi və ətrafında yerləşən yeni yaşayış məhəllələrində, Mədən 1, 2, 3, 4 və Korpuslar adlanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma və təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Loading

Next Post

İlham Əliyev Azərbaycan Din Xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Azərbaycan Din Xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb. Dövlət başçısının müraciətini Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.