Bakı metrosu “Qarabağ”ın oyununa görə 01:00-a qədər açıq olacaq

Oxunma vaxtı:22 Saniyə

Bakı metrosu “Qarabağ” FK-nın UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar uzadılmış iş rejimində çalışacaq.

Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Qeyd edilib ki, dekabrın 10-dan 11-nə keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Metropoliten azarkeşlərin rahat və təhlükəsiz hərəkəti üçün gücləndirilmiş rejimdə işləyəcək.

“Gənclik”, “Nərimanov” və “28 May” stansiyalarında nəzarət mexanizmləri və işçi qüvvəsi artırılacaq.

Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmağa hazır saxlanılacaq.

Loading

Next Post

Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı iki xarici laboratoriyanın araşdırma nəticəsini gözləyir

Qazaxıstan iki xarici laboratoriyanın araşdırma nəticələrini gözləyir və onlardan sonra Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı yekun hesabatı dərc edəcək. Bu barədə Qazaxıstan mediası Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb. ICAO qaydalarına görə, hava qəzasının təhqiqatı üzrə yekun hesabat hadisənin baş verməsindən 12 ay ərzində yayımlanmalıdır. Qeyd edək ki, […]